Qılınc qından çıxdı - ABŞ yenə hədələdi, Şimali Koreya isə "vurdu" - VİDEO

"Qılınc qından artıq çıxıb. Tam məsuliyyət və qətiyyətlə bildirirəm ki, Şimali Koreyanın adi və ya nüvə silahlarından istifadə etmək cəhdinə ABŞ ilə Cənubi Koreyanın, habelə müttəfiqlərimizin cavabları dağıdıcı, sarsıdıcı və effektiv olacaq".

ABŞ-ın vitse-prezidenti Mayk Pens Yaponiyadakı Yokosuka hərbi bazasında, "USS Ronald Reagan" aviadaşıyıcı gəmisində çıxış edərkən belə deyib.

O, aviadaşıyıcı gəmidə 2500 amerikalı və yapon hərbi dənizçi qarşısında danışaraq Şimali Koreya ilə bağlı ABŞ-ın siyasi doktrinasından bəhs edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və administrasiyası Şimali Koreyadakı diktatura rejiminin aqressiv hərəkətlərinin qarşısını almaq əzmindədir.

"Cənubi Koreya və Yaponiya müttəfiqlərimizdir. Müttəfiqlərimiz bilməlidir ki, biz həmişə onların yanında olmuşuq, bundan sonra belə olacaq. Yaponiya, Cənubi Koreya, Çin və digər müttəfiqlərimizlə müzakirələri davam etdirəcək, Pxenyana iqtisadi və diplomatik təzyiqləri artıracağıq. Biz sülhə can atırıq, lakin qalxanla qılıncımız həmişə hazır olmalıdır", - Mayk Pens deyib.

Şimali Koreyada isə ölkədəki mövcud sistemin banisi Kim İr Senin anadan olmasının 105 illiyi münasibətilə "Günəş Günü" adlı rəsmi bayram tədbirləri davam edir.

Pxenyandakı Ordu Evindəki konsert zamanı Şimali Koreya Xalq Ordusunun Dövlət Xorunun ifasında "Düşmənə layiqli cavab verəcəyik" mahnısı səslənib.

Xor mahnını oxuyarkən səhnədəki ekranda "Hvason-1" qitələrarası ballistik raketinin uçuşu göstərilib. Videoklipdə Şimali Koreyanın buraxdığı nüvə başlıqlı ballistik raketlər ABŞ-a uçur və "mənfur imperialistlərin şəhərlərini viran qoyur".

"Raketimiz ildırım kimi sürətli uçaraq imperilizmə meydan oxuyacaq", - xor oxuyub.

"Hvason-1" raketi "Musudan" qitələrarası ballistik raket proqramı əsasında hazırlanır və onun uçuş məsafəsi 5 min kilometrdir.

Bundan başqa, "Musudan" proqramı çərçivəsində uçuş məsafəsi 8 min kilometrə çatacaq "Tephodon-1" qitələrarası ballistik raketi də hazırlanır.

Videoklip katolik qəbristanlığında yanan ABŞ bayrağının əks olunduğu kadrlarla başa çatır.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə bağlı indiyədək yürüdülən "strateji səbr" siyasətinin bitdiyini deyib. Buna cavab olaraq Şimali Koreya hər həftə raket sınağı keçirəcəyini bildirib. Milli.az CNN-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR