Trampın "feyk" həmləsi: "Karl Vinson" Şimali Koreyaya yox, başqa istiqamətə gedib

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən Şimali Koreya sahillərinə yollanmalı olan "Karl Vinson" təyyarədaşıyanı və onu müşayiət edən zərbə qruplaşması əslində başqa istiqamətə gedib. Bu barədə ABŞ-ın Sakit okean komandanlığı bildirir.

Xatırladaq ki, ötən həftə Тramp Şimali Koreyaya hərbi gəmilər göndərdiyini elan edib. Bu, Koreya yarımadasında gərginliyi və müharibə riskini xeyli artırıb. ABŞ komandanlığı bildirmişdi ki, Sinqapur sahillərində mənzillənmiş "Karl Vinson" təyyarədaşıyanı Avstraliyaya istiqamətində üzməkdə ikən qəfil əmrlə istiqamətini dəyişşib və Şimali Koreya sahillərinə doğru istiqamət alıb. Gəminin aprelin 15-də, yaxud 16-da Yapon dənizinə çatacağı gözlənilirdi.

Lakin indi ABŞ silahlı qüvvələrinin Sakit okean komandanlığı bəyan edib ki, başda "Karl Vinson" gəmisi olmaqla zərbə qruplaşması əvvəlcə avstraliyalı hərbçilər ilə birgə təlimləri başa çatdırmalıdır. Başqa sözlə, Tramp gəmilərin göndərilməsi barədə elanını verən zaman onlar Şimali Koreyadan Avstraliya doğru hərəkət ediblər. Bunun düşünülmüş yalan, planların dəyişməsi və ya anlaşılmazlıq olub-olmaması hələlik bəlli deyil.

Şimali Koreya və ABŞ-ın son günlər bir-birinin ünvanına bir sıra kəskin bəyanatlar veriblər. Şimali Koreya xəbərdarlıq edib ki, ABŞ tərəfdən mümkün zərbəyə nüvə zərbəsilə cavab verəcək. ABŞ prezidenti Donald Tramp da öz tərəfindən Şimali Koreya "problemini həll edəcəyinə" söz verib.

Ötən gün Cənubi Koreyanın "Yonhap" agentliyi hökumət qaynaqlarına istinadən bildirmişdi ki, ABŞ Şimali Koreya sahillərinə doğru daha iki təyyarədaşıyan-"Ronald Reyqan" və "Admiral Nimitz"i də göndərir. Bildirilirdi ki, "Karl Vinson" təyyarədaşıyanı Yapon dənizinə aprelin 25-də daxil olacaq, həmin günlərdə daha iki təyyarədaşıyan onlara qoşulacaq. Ancaq ABŞ komandanlığı hələlik Şimali Koreya istiqamətind qüvvələrin cəmləşdirilməsi planlarını şərh etmir. Prezident Tramp bildirib ki, o, əvvəlki administrasiyalardan fərqli olaraq öz planını əvvəlcədən teleqrafla hamıya car çəkməyəcək. Və Şimali Koreyaya dair atılan addımlar sürpriz olacaq.

Bu sürpriz nədən ibarət olacaq? Hələlik demək çətindir, ancaq Donald Tramp özünü seçki kampaniyası zamanı və prezident seçiləndən sonra mətbuatı tez-tez onun barəsində "feyk xəbərlər" yaymaqda günahlandırırdı. İndi isə belə görünür ki, "Karl Vinson" təyyarədaşıyanının Kim Çen Inı cəzalandırmaq üçün göndərildiyi barədə bəyanatın özü "feyk" olub...

Virtualaz.org 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR