Beren Saatın yeni serialının telekanalı və vaxtı açıqlandı

İki uşaqlı dul bir qadının hekayəsini göstərəcək "Qadın" serialının hansı telekanalda yayımlanacağı bəlli olub. Yuji Sakamotonun "Woman" adlı serialının ssenarisi əsasında çəkiləcək ekran işi Fox TV-də efirə gedəcək.  Serialın baş rolunda Beren Saat çəkiləcək. Ssenarini çox bəyənən aktrisa ilk seriyaların ssenarisini tam oxuduqdan sonra qərarını açıqlayacaq. Hazal Kayanın baş rolda çəkiləcəyi, məşhur "Shameless" serialının türk versiyası da Fox TV-də yayımlanacaq. Hər iki layihə yeni mövsümdə start götürəcək. Ayrıca, Çağan İrmakın "Gülizar" adlı serialın hazırlıqlarına başladığı və Beren Saata dəvət göndərdiyi deyilir. Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR