Ayrıldığı ərindən müğənniyə mesaj: "Səni çox sevirəm"

Bir müddət əvvəl ayrıldığı deyilən Canet Ceksonu əri geri qaytarmaq istəyir. Ərəb milyarderi Vissam al-Man "Twitter" səhifəsində xanımına mesaj göndərib: "Dünyanın ən gözəl xanımına mənimlə sevgisini böldüyü, mənə daim dəstək olduğu və ən yaxın dostum olduğu üçün təşəkkür edirəm. Səni çox sevirəm. Qoy, Allah bizə yenidən birlikdə olmağa kömək etsin".

Qeyd edək ki, mərhum müğənni Maykl Ceksonun bacısı olan Canet Vissam al-Manla 2012-ci ildə münasibətlərini rəsmiləşdirib. Ərəb milyarder müğənnidən 8 yaş kiçikdir. Bu, Ceksonun üçüncü nikahı olub. Müğənni yanvarda milyarderdən oğul dünyaya gətirib. Ayrılığa səbəb isə Vissamın hamiləlik ərəfəsində Canetə təzyiqlər etməsi olub. Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR