Peruda güclü zəlzələ olub

Peruda 6,0 bal gücündə zəlzələ baş verib. Yearltı təkanların episentri Kampoverdedən 55 kilometr cənubdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Peruda həlak olanların sayına görə ən dəhşətli və faciəli zəlzələ 31 may 1970-ci ildə 7,9 bal gücündə baş verib. Həmin zəlzələ nəticəsində 100-dən artıq insan həlak olmuşdu, 500-dən artıq insan isə xəsarət almışdı. Trend.az "NationNews"a istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR