Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı 

Misirdəki antik "Krallar Vadisi" yaxınlığında, 3500 illik 18-ci Xanədandan qalma və dövrün rəhbərlərinə aid yeni mumiyalar tapılıb. Misirin Antik Əsərlər naziri Xalid Əl-Anani bunun Əl Uksur şəhərinin qərbindəki Dra Abul Naqa nekropolundə aparılan arxeoloji araşdırmalarda firon dövrünə aid altı mumiya olduğunu açıqlayıb.

Əl-Anani mumyalardan birinin böyük ehtimalla, antik şəhərdə sülh hakimi olaraq fəaliyyət göstərmiş bir idarəçi Userhatın mumiyası olduğunu və 18-ci Misir xanədanı dövründən qaldığını sözlərinə əlavə edib.

Misir fironlarının məzarlarının olduğu məşhur "Krallar Vadisi" yaxınlığındakı arxeoloji qazıntını aparan Mustafa Əl Vəziri "ölülər şəhəri"ndə onlarla tarixi əsərlərlə yanaşı, fironlara aid 6 mumiya, tabut və heykəllər aşkar edildiyini açıqlayıb.

Əl Vəziri: "Məzar kiçik olsa da, içərisində xeyli sayda rəngli maska ​​var. Arxeoloji qazıntı zamanı məzardakı mumiyaların naməlum bir xəstəlikdən öldükləri aydın olub". O,  bundan əlavə, 1050-dən çox tarixi heykəl tapıldığını, qazıntıların davam etdiyini qeyd edib. Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR