Ərdoğan ABŞ-a gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. R.T.Ərdoğanın Birləşmiş Ştatlara rəsmi səfəri ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillersonarasında telefon danışığı zamanı razılaşdırılıb. Tərəflər səfərin vaxtını və proqramını müəyyənləşdirmək üçün yaxın vaxtlarda işə başlayacaqlar. İlkin məlumata əsasən, səfər mayın sonlarında baş tutacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp R.T.Ərdoğana zəng edərək referendumun nəticələri ilə əlaqədar təbrik etmişdi. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR