"Facebook" 30 min səhifəni sildi

"Facebook" sosial şəbəkəsi Fransadakı prezident seçkiləri öncəsi yalan ("fake") məlumatlar yayan 30 minə yaxın səhifəni bağlayıb. Sosial şəbəkə "fake"ləri ayırmaq üçün avtomatlaşdırılmış mexanizmlər tətbiq edir. "Son təkmilləşdirmələr bütün saxta səhifələrin silinməsinə gətirib çıxarmasa da, biz nəticələrin daimi olaraq yüksəlməsinə çalışırıq", - deyə "Facebook"un texniki meneceri Şabnem Şayk bildirib.  
 
Şirkət etibarsız saytların müəyyənləşdirilməsi üçün təlimatlar əks olunmuş reklam elanları da hazırlayır.
  
Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçiriləcək.  Lent.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR