Metroda rüsvayçılıq: reklam monitorları porno göstərdi - 25 saniyə davam etdi

Hindistanın paytaxtı Dehlidə sərnişinlərin ən sıx olduğu metro stansiyalarından olan "Rajiv Çovk"ın ekranında porno yayımlanıb. Dehli Metro Dəmiryol İdarəsi hadisə ilə əlaqədar istintaq komissiyası yaradıb. Bu olay 9 aprel tarixində stansiyada reklam və əlavə məlumatlar üçün tutulan monitorda baş verib. 25 saniyəlik görüntünün sosial şəbəkə və yerli televiziya kanallarında yayılmasından sonra başladılan istintaq daxilində kiber təhlükəsizlik məsələsi də nəzərdə tutulub.  Dehli Metro Dəmiryol İdarəsi  baş verən rüsvayçılığa görə reklam müqaviləsi olan şirkəti günahkar hesab edir. Amma qeyd edək ki, metrodaki açıq Wi-Fi (simsiz şəbəkə) sərnişinlər tərəfindən da istifadə edilir.

DMRC (Dehli Metro Dəmiryol İdarəsi) sözçüsü Anuj Dayan mövzuyla əlaqədar etdiyi açıqlamada, təhlükəsizlik kameralarından həmin vaxt stansiyadan keçən 3 şəxsin mobil telefonu ilə porno izlədiklərinin göründüyü qeyd edilib. Hal-hazırda bu 3 nəfərin şəxsiyyətini təyin etməyə çalışırlar. Milli.Az hindustantimes-a istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR