Ona Gülbeni unutduran qadın məşhur sima çıxdı

Gülben Ergenlə olan evliliyi keçən ilin dekabr ayında bitirən Erhan Çelikin yeni bir sevgi yaşadığı iddia edilir. Xəbərlər aparıcısı Erhan Çelikin boşandıqdan 4 ay sonra zəngin gözəl Elif Dürüstlə yeni bir eşq yaşadığı deyilir. Münasibətlərinin təməlinin Anadoludakı bir balıqçıda qoyulduğu deyilən cütlüyün baş-başa qaldıqları məkandan ayrı-ayrı çıxdıqları da iddialar arasındadır.

Star TV-də yayımlanan "Duymayan Kalmasın" verilişində Seren Serengilin açıqladığı münasibəti hələ yalnız cütlüyün yaxın ətrafının bildiyi qeyd edilir.

Balıqçıda son dərəcə səmimi ünsiyyət qurandan sonra Erhan Çelik sosial şəbəkə hesabından: "Bu gün günlərdən xoşbəxtlik", - qeydini paylaşıb. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR