Samvel Babayanı tezliklə buraxacaqlar: Özünü yaxşı aparıb

Qondarma "DQR"in keçmiş "müdafiə naziri", Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkiləri ərəfəsində həbs edilmiş general Samvel Babayanın tezliklə buraxılacağı gözlənilir. Bu haqda Ermənistanda nəşr olunan "Qraparak" qəzeti yazıb. Babayan və daha iki nəfər Gürcüstandan ölkəyə "İqla" daşınan zenit-raket kompleksi gətirməkdə ittiham olunur. İddialara görə həmin raket Serj Sərkisyanın vertolyotunu vurmaq üçün nəzərdə tutulmuşdu. Samvel Babayan seçki kampaniyası dövründə keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi seçki blokuna dəstək verirdi.

Qəzetin yazdığına görə, aprelin 1-də-seçkilərə bir gün qalmış Ohanyan-Raffi-Oskanyan blokunun qərargahında kimsə zafarat edib ki, "Samo"nu buraxdılar və onu gül-çiçəklə qarşılamaq lazımdır. Lakin daha sonra bunun 1 aprel zarafatı olduğunu başa düşüblər.

Lakin buna baxmayaraq blokda hesab edirlər ki, onu doğrudan da buraxacaqlar. İstintaqa yaxın mənbələr Babayanın "özünü yaxşı apardığına" görə buraxılacağını deyib. Belə ki, Ohanyan onu "siyasi məhbus" adlandıranda Babayan həbsdən özünü siyasi məhbus hesab etmədiyi barədə mesaj göndərmişdi. Virtualaz.org

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR