500 rus kəşfiyyatçısı Ermənistanda hərəkətə keçdi

Rusiya hərbçiləri Ermənistanda yerləşən bazada xüsusi taktiki təlimlərə başlayıb. Bunu Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib. Təlim Kəmxud dağlıq poliqonunda keçirilir. Hərbi tədbirə 500-ə yaxın hərbi-kəşfiyyatçı, 50-yə yaxın hərbi texnika cəlb olunub.

Manevrdə "Ratnik" qurğusundan istifadə ediləcək. "Ratnik" qurğusundan 2016-cı ildən quru, hərbi-desant və dəniz piyadaları istifadə edir. O, zirehlidir, döyüş mərmisi ilə təchiz edilib.  Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR