Türkiyədə qəzaya uğrayan vertolyotda olan 12 nəfər şəhid olub -  YENİLƏNİB

Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər şəhid olub. Bu barədə Tunceli valiliyindən açıqlama verilib. Hadisə yerinə çətinliklə qalxan ilk axtarış-xilasetmə qrupu 12 nəfərin həlak olduğunu bildirib. Apa.az NTV-yə istinadən xəbər verir.

***

Türkiyənin Tunceli vilayətində vertolyot qəzaya uğrayıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, vertolyotda 1 hakim, 7 polis,1 gizir və 3 ekipaj üzvü olmaqla, 12 nəfər həlak olub. Tunceli rəsmilər bildirib ki, polisə məxsus "Sikorsky S-70 Blackhawk" tipli vertolyot yerli vaxtla saat 11.40 radələrində Pülümür qəsəbəsindən qalxıb, 10 dəqiqə sonra radarlardan itib.

Vertolyotun Muzur dağları bölgəsinə, 2500 metr yüksəklikdəki əraziyə düşdüyü ehtimal edilir. Qəzaya kəsgin hava şəraitinin səbəb olduğu güman edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR