Britaniyada növbədənkənar seçki keçiriləcək

Böyük Britaniyada iyunun 8-də növbədənkənar  parlament seçkiləri keçiriləcək.  Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deyib. "Mən bu dəqiqə Nazirlər Kabinetinin iclasını keçirdim. Biz qərara aldıq ki, ölkədə yeni parlament seçkiləri iyunun 8-də keçirilsin. Ölkəyə güclü hökümət lazımdır", - deyə o, söyləyib. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar hakim partiyanın populyarlıq reytinqində irəliləyişlərə nail olduğu dövrə təsadüf edir. Apa.az"RİA Novosti"yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR