Köpəkbalığı 17 yaşlı qızı parçaladı

17 yaşlı Letisiya Brauer okean sahilində, çimərliyin yaxınlığında sörfinqlə məşğul olanda köpəkbalığı ona hücum çəkərək parçalayıb. Olay Avstraliyanın qərbindəki Esperansa şəhərinin yaxınlığında, Uayli Bey Biç çimərliyində baş verib. Köpəkbalığının qızına hücum çəkdiyini görən ata irəli atılıb, yırtıcı ilə mübarizə aparmağa çalışıb. O, qan içində olan qızını sahilə çıxarıb. Xəstəxanaya aparılan Letisiya həkimlərin bütün səylərinə rəğmən keçinib. Köpəkbalığını sörfinq taxtasının üzərində olan Letisiyanın sol ayağından yapışıb onu suya dartanda bunu Letisiyanın atası ilə yanaşı, sahildə olan anası və bacısı da görüblər. Onlar dəhşətə gəliblər, qışqırıblar, amma heç nə edə bilməyiblər. Esperansa şəhərindən 17 km aralıdakı çimərlik bir neçə günlük qapadılıb. Milli.Az Daily Mail-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR