Ermənistanda qadın deputatlar bir-birilərini "qırır"

Ermənistanın hakim Respublika partiyasında beşinci çağırışda "seçilən" qadın deputatlarKarine Acemyan, Ruzanna Muradyan və Marqarit Yesayan arasında münasibətlər gərginləşib. Deputatlar parlamentin Təhsil Komissiyasının sədri olmaq üçün ciddi mübarizəyə başlayıblar. Rəqabət artıq o həddə çatıb ki, onlar rəhbərlik yanında yaxşı görünmək üçün bir-birilərini ittiham etməkdən belə çəkinmirlər.

Məlumata görə, Təhsil Komissiyasının sədri Artak Davtyan bundan sonra Ermənistanın müdafiə nazirinin müavini səlahiyyətlərini icra edəcək.

Maraqlıdır ki, bu vaxta qədər respublikaçı qadın deputatlar beş il ərzində xarici ölkələrə səfər etmək üçün, daha doğrusu gəzmək üçün mübarizə aparıblar. Azvision.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR