Rusiyada qəza nəticəsində 40 nəfər xəsarət alıb

Rusiyada yük maşını ilə avtobusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb. Hadisə Komi Respublikasının Udorsk rayonunda baş verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanalara yerləşdirilib. 

Xəstəxanada yanğın: 2 nəfər xəsarət aldı, 100 nəfər təxliyə edildi - Rusiyada

Qəza nəticəsində avtobus sürücüsü ölüb. İkisi uşaq olmaqla, 20 nəfər xəstəxanalara yerləşdirilib. Daha 19 nəfərə ambulator tibbi yardım göstərilib. Məlumata görə, Koslan-Usoqorsk yolunda "Ural" markalı yük maşını idarəetməni itirərək qarşı yolla hərəkət edən sərnişin avtobusuna çırpılıb. "Ural"ın sürücüsü barəsində cinayət işi açılıb. Rusiya FHN-nin məlumatına görə, qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 68 əməkdaş və 15 texnika cəlb olunub. Apa.az RİA "Novosti"-yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR