Xəstəxanada yanğın: 2 nəfər xəsarət aldı, 100 nəfər təxliyə edildi - Rusiyada

Bu gün Rusiyada xəstəxanada baş verib. Yanğın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində 1 saylı vilayət klinik xəstəxanasının yeddinci korpusunun zirzəmisində olub.
İlkin məlumata görə, yanğın 10 kv.m sahəni əhatə edib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər xəstəxanadan 100-ə qədər insan təxliyə olunub. Yanğınsöndürənlər zirzəmidə olan 2 elektriki xilas ediblər. Onlar üçüncü dərəcəli yanıq xəsarəti alıblar və xəstəxanada yerləşdiriliblər. Yanğın 18 dəqiqə ərzində lokallaşdırılıb. Hadisə nəticəsində zirzəmidə olan elektrik qoruyucusuna ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Apa.az  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR