Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı

Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejimini 3 ay müddətinə uzadıb və qərarın təsdiqlənməsi ilə bağlı sorğu parlamentə göndərilib.

Bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

"Milli Təhlükəsizlik Şurasının fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması ilə bağlı tövsiyəsi var. Biz bu qərarı qəbul etdik. Çərşənbə günü o, təsdiq edilməsi üçün parlamentə daxil olacaq", - deyə Kurtulmuş Ankarada jurnalistlərə bildirib.

Türkiyədə fövqəladə vəziyyət rejimi ötən ilin iyun ayında baş verən dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib. O, daha sonradan üç ay müddətinə uzadılıb. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR