Tibdə VACİB YENİLİK: ağıllı sarğılar

Böyük Britaniyada ağıllı sarğılar hazırlanır. Bu ağıllı sarğılar yaranın nə vaxt sağaldığını müəyyən edib həkimə "xəbər verəcəklər". Çünki bu sarğıların içində çox kiçik sensorlar yerləşdirilib. Sensorlar yaradakı dəyişikliyi, infeksiyaların mövcud olub-olmamasını və xəstənin fəallıq səviyyəsini öyrənəcək.

Yeni sarğılar Suonsi Universitetinin nəzdindəki Bioloji elmlər institutunda hazırlanır. Yeni 5G texnologiyasının vasitəsilə məlumatlar xəstənin smartfonu ilə həkimə ötürüləcək.

Qeyd edək ki, bu yenilik Cənubi Uelsdə rəqəmsal innovasiyaya ayrılmış 5 milyard funtluq layihə çərçivəsində hazırlanıb. Yaxın bir il ərzində ağıllı sarğılar tətbiq olunmağa başlanacaq. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR