İŞİD liderinin “Qafqaz əmiri” ləqəbli əsas köməkçilərindən biri öldürülüb

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əsas köməkçilərindən biri öldürülüb.  "Qafqaz əmiri" ləqəbli terrorçu Mosulun qərbində, yaşadığı evin qarşısında güllələnib. Naməlum şəxslər "Qafqaz əmiri" ləqəbli Xasbulla əl-Qafqazini Mosulun qərbində, Təl-Afərdəkı evinin yaxınlığında öldürüblər.

Qeyd edək ki, İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri keçən ilin oktyabr ayından Mosulun azad edilməsi üçün əməliyyat aparır. Bu ilin fevral ayından etibarən hərbçilər şəhərin qərb istiqamətində hərəkətə keçib. Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR