Dünyanın ən böyük balaca qızı - tam 17,2 kiloqram - VİDEO

O, daim yemək istəyir, fasiləsiz acdır. Çox yediyinə görə sürəkli kökəlir, çəkisi artır. 8 aylıq bu qızın çəkisi artıq 17,2 kiloqramdır.  Balaca Çahat Kumar Hindistanın Pəncab ştatında yaşayır. O, dünyanın "ən böyük balaca qızı" sayılır. Valideynlərinin dediklərinə görə, Çahat yaşıdları ilə müqayisədə 4 dəfə çox yeyir. Bu səbəbdən də o, 4 yaşlı uşaq çəkisindədir. Çox yeməklə yanaşı, Çahat anormal dərəcədə sərt dəriyə malikdir. Bu səbəbdən də balaca qızın ciddi müalicəyə ehtiyacı var. Çahatın atası, 23 yaşlı Surac Kumarın dediyinə görə, qızı doğulanda normal idi. "Lakin sonradan o, kökəlməyə başladı. Heç nə edə bilmirik. Tanrı belə istəyib. Bəziləri uşağıma güləndə çox pis oluram", - Surac Kumar söyləyib. Çahatın anası, 21 yaşlı Rina isə övladına görə narahatdır: "Çahata qədər oğlumuz vardı. O, doğulandan az sonra öldü. İndi qızıma görə qorxuram. Qızım normal uşaq kimi qidalanmır. O, həmişə yeyir. Yemək verməyəndə də ağlayır". Kasib valideynlərin Çahatın müalicəsi üçün gərəkən pulları yoxdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR