Brexitin başlama tarixi bəlli oldu

"Avropa komissiyası Böyük Britaniyanın Aİ-dən çıxmaq barədə danışıqlara başlamağa hazırdır".

Bunu Avropa Komissiyasının mətbuat katibi Marqaritis Sxinas deyib. Onun sözlərinə görə, danışıqlar martın 29-u başlayacaq.

"Biz danışıqlara başlamağa hazırıq. Biz danışıqların başlamasına dair məktubu gözləyirik və bilirik ki, o, martın 29-da təqdim olunacaq", - M. Sxinas deyib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Aİ-dən çıxma prosedurunun başlamasını martın 29-də elan edəcəyi barədə öncə məlumat verilib. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR