İŞİD-in 6 komandiri məhv edildi

İraq aviasiyasının Mosula endirdiyi hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının xarici ölkələrdən olan 6 komandiri öldürülüb.

Məlumata görə, öldürülənlər arasında Rusiya vətəndaşı "Əbu Samir" ləqəbli Əbdül Kərim ər-Rusiy də var. Bununla yanaşı, öldürülən digər terrorçu komandirləri arasında Fransanın, Böyük Britaniyanın, Türkiyənin, Mərakeşin də vətəndaşları var.

Qeyd edək ki, hökumət qüvvələri tərəfindən Mosulun İŞİD yaraqlılarından azad edilməsi üzrə əməliyyat başa çatmaq üzrədir. 

"Report"un məlumatına görə, bu barədə "Əs Sumariya" İraq kəşfiyyatına istinadən xəbər verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR