Parisdə silahlı hücum

Parisin Orli hava limanında naməlum şəxs hərbi patrula hücum edib.

Hərbçilər dərhal cavab atəşi açaraq hücum edən şəxsi zərərsizləşdiriblər.

Məlumatda qeyd olunur ki, həmin şəxs hava limanında təhlükəsizliyi təmin edən hərbçilərdən birinə hücum edərək onun odlu silahını ələ keçirməyə çalışıb.

Hadisə yerinə xüsusi təyinatlı polislə cəlb olunub. Hazırda hücum edənin tək olub-olmadığı araşdırılır.

Orli hava limanının bir hissəsində təxliyyə tədbirləri həyata keçirilib. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR