Dünya kubokunda turnikdə hərəkətlər üzrə finalçılar məlum oldu

Bakıda davam edən idman gimnastikası üzrə Dünya kubokunda turniklə hərəkətlər üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb.  Finala Yaponiya nümayəndələri Naoto Hayasaka və Şoqi Nonomura, xorvatiyalı gimnastlar Anton Kovaçeviç və Tin Srbiç, fransalı gimnast Edqar Bule, Litva gimnastı Tomas Kuzmikas, avstraliyalı Mitçel Morqans və sloveniyalı Alan Dimiç vəsiqə qazanıblar.

Azərbaycanlı gimnast Bense Talas 12.533 xal yığaraq finala çıxa bilməyib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR