Naməlum vertolyot gəmiyə atəş açdı - Azı 30 nəfər öldü

Yəmən sahillərində naməlum vertolyotdan açılan atəş nəticəsində qaçqınlar olan gəmidə azı 31 nəfər ölüb. Ölənlər arasında qadınlar və uşaqlar da olub. Məlumat BMT tərəfindən təsdiqlənib və bildirilib ki, Yəməndən Sudana doğru hərəkət edən gəminin sərnişinlərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sənədləri olub. Reuters agentliyi gəminin ekipaj üzvlərindən birinə istinadən xəbər verir ki, təxminən 80 miqrant xilas edilə bilib. Gəmiyə aviazərbə endirənlərin kimliyi və məqsədləri haqda məlumat yoxdur. Qafqazinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR