“Samsung Galaxy S8” ödənişlər üçün üzün tanınması texnologiyasına malik olacaq

Yeni "Samsung Galaxy S8" smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək. Bu barədə "Bloomberg" agentliyi şəxsi mənbələrə istinadən məlumat verib. Məlumata görə, yeni model, həmçinin uyğunlaşdırılmış barmaq izi, gözün qüzehli qişası və üzün tanınması texnologiyalarına malik olacaq.  

Bildirilir ki, sifətin tanınması texnologiyasından proqramlara, o cümlədən "Samsung Pay" əlavəsinə daxil olmaq üçün istifadə mümkün olacaq. Bundan başqa, Cənubi Koreya şirkəti "Samsung" smartfonlarında digər banklara məxsus proqramları da texnologiya ilə təchiz etmək üçün onlarla danışıqlar aparır.

Qeyd edək ki, "Galaxy" seriyasından olan əvvəlki smartfonlar bu texnologiyaya malik olsalar da, qurğunun blokdan çıxarılması funksiyasını daşıyıb. "Samsung Galaxy S8" isə şirkətin texnologiyadan ödənişlər üçün istifadəyə imkan verən ilk qurğusu olacaq. "Samsung Galaxy S8" smartfonunun martın sonunda təqdim ediləcəyi gözlənilir. "ICTnews" Elektron Xəbər Xidməti "Payspace Magazine" resursuna istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR