Qaçqın düşərgəsində üç körpə vəfat etdi

Suriyada Dəməşq yaxınlığında yerləşən fələstinli qaçqınların yaşadığı Yarmuk düşərgəsində üç yeni doğulmuş  körpənin dünyasını dəyişdiyi bildilir. Valideynləri xəstə uşaqları mühasirədə olan düşərgədən yaxınlıqdaki xəstəxanaya çatdırmaq istəyiblər. Ancaq düşərgənin bütün yollarını bağlayan Əsəd rejiminin əsgərləri buna mane olublar. Nəticədə lazımi tibbi yardım ala bilməyən körpələr dünyasını dəyişiblər.

Qeyd edək ki, Yarmuk qaçqın düşərgəsindəki insanlar  üç ildir ki, İran və Rusiya tərəfindən dəstəklənən Əsəd rejiminin mühasirəsi altında yaşayırlar. Ötən il bu düşərgədə aclıq və tibbi xidmətin təmin olunmaması səbəbi ilə 185 insan dünyasını dəyişib. Təəssüf ki,  dünya bu zülmü səssizcə seyr etməklə kifayətlənir. Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR