Suriya vurdu, İsrail təkzib etdi

Suriya ordusu İsrailə məxsus döyüş təyyarələrini Suriya hava sərhədində vurduğunu bildirib. "Olaylar" "Huriyyet" - ə istinadən bildirir ki, Suriya ordusu səhər saatlarında Suriya hava sərhədini pozan İsrail döyüş təyyarələrini birini vurub, digərini isə zədələyib.  Əsəd ordusu bildirib ki, İsrail təyyarələri vurulmadan öncə Lübanan üzərində Suriya hava sərhəddini pozaraq Palmira yaxınlığındakı əsgərləri hədəf alıb.

İsrail tərəfi bu xəbəri təkzib edib. İsrail Suriyaya havadan zərbə edndirdiyini, döyüş təyyarələrinin zərbə endirdikdən sonra yenidən öz ölkəsinə qayıtdığını bildirib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR