Türkiyənin xaricdəki ilk böyük hərbi təlim düşərgəsinin açılışı olacaq

Türkiyənin Somalinin paytaxtı Moqadişoda inşa etdiyi hərbi təlim düşərgəsinin aprel ayında açılışı olacaq. Bu, Türkiyənin xarici ölkədəki ən böyük hərbi bazası olacaq. Məlumata görə, hərbi bazanın açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın da iştirak edəcəyi nəzərdə tutulub. Xəbərdə bildirilib ki, 400 hektarlıq ərazidə bu bazanın tikintisinə 2015-ci ilin mart ayında başlanılıb. Onun inşasına 50 milyon dollar maliyyə vəsaiti xərclənib. Hərbi düşərgədə 3 hərbi məktəb var. Orada 1 000 hərbçi təlimat keçəcək. Bu mərkəzdə Somali ilə yanaşı, Afrikanın başqa ölkələrindən olan hərbçilər də təlim keçəcəklər. "Report" "Haber7"yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR