I Yelizavetanın vəfatından sonra... ŞOK SİRRLƏR AÇILDI

Bukengem sarayı Böyük Britaniyanın şahzadəsi II Yelizavetanın ölümündən əvvəl və sonra baş verəcəkləri planlı şəkildə hazırlayıb. Hətta bununla bağlı bir neçə mümkün variantlar belə işlənilib və onların hər biri olduqca əhəmiyyətli şəkildə qəbul edilib. Müvafiq sənədlər həm sarayda həm də ölkə hakimiyyətində mövcuddur. 

"The Guardian" nəşri isə yazır ki, bununla bağlı hərəkət planında ehtimal edilir ki, 90 yaşlı Yelizaveta uzun serməyən xəstəlikdən vəfat edəcək. Ömrünün son saatlarında isə onun yanında yaxın qohumları və həkimlər olacaq. Şahzadə gözlərini əbədi yumduqdan sonra Çarlz Britaniya şahlığını qəbul edəcək, onun qardaşları və bacısı  isə əlindən öpəcəklər.

Sonra vəfat etmiş şahzadənin şəxsi katibi ölkənin baş naziri ilə telefon əlaqəsi yaradacaq. Sonuncu dəfə Britaniyada monarx ölümü 65 il öncə VI Georqun vəfatı ilə baş verib və onun ölümündən sonra informasiyanın yayılmaması üçün "Geyd-parkın tini" kodundan istifadə olunub. Əgər Yelizavetanın da ölüm xəbərinin  dərhal yayılmasının qarşısının alınması nəzərə tutulubsa bu zaman "London körpüsü dağıldı" frazası kod kimi işlədiləcək. 

Bundan sonra kədərli hadisə barədə Britaniya şahzadəsinin formal dövlət başçısı hesab edildiyi 15 ölkənin hökumətinə xəbər veriləcək. O cümlədən, Britaniya Birliyinə daxil olan 36 ölkə rəhbərliyinə də bu haqda informasiya ötürüləcək. 

Məhz bütün bunlardan sonra şahzadənin ölüm xəbəri dünyanın aparıcı KİV-lərinə göndəriləcək.

Qeyd edək ki, BBC fövqəladə hallar zamanı informasiya sistemini daim aktivləşdirir. Bu sistem hələ soyuq müharibə dövründə - ölkə infrastrukturuna ediləcək hücum ehtimallarına görə yaradılmışdı. "The Guardian" nəşrinin yazdığına görə, bəzi şəxslər bu sistemi təlimlər zamanı görüb, çox insanın isə həmin sistemin necə işləməsi, hansı səs siqnalların verilməsi gərəkliyi barədə xəbəri belə yoxdur.

Artıq bir çox KİV-lərdə şahzadə II Yelizavetanın ölümündən sonra ona ithaf ediləcək fotoşəkillər, filmlər hazırdır. Məsələn, "The Times" qəzetində və elektron variantında monarxın ölümündən sonra 11 günlük materiallar indidən hazırdır.

"The Guardian"a görə, şahzadənin torpağa tapşırılacağı gün çoxsaylı qəbullar və hərbi paradla yanaşı, II Yelizavetanın sevimli itlərinin də iştirak edəcəyi matəm yürüşləri də keçiriləcək.

Qeyd edilir ki, II Yelizaveta 1760-cı ildən bu yana ilk monarx olacaq ki, onun dəfn mərasimi və matəm ilahilərinin səsləndirməsini Vestminter abbatlığı keçirəcək. Şahzadə Vindzor qəsrinin məzarlığında dəfn olunacaq.     SİA xəbər verir ki, bu barədə BBC qeyd edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR