““Çörəkdaşıyan”ın ölümü Ermənistan tarixinin ən rüsvayedici səhifəsi kimi yadda qalacaq” PAŞİNYAN

İrəvanın "Armeniya" səhiyyə mərkəzinin reanimasiyasında ötən ilin iyulunda baş vermiş "Sasna-Tsrer" hadisələrinin iştirakçısı, qiyamçılara çörək daşıyan Artur Sarqsyan ölüb. Bununla bağlı məlumat yayan 1.in.am saytına açıqlama verən müxalifətyönlü "Yelk" blokunun üzvü, deputat Nikol Paşinyan Ermənistan hakimiyyəti qarşısında tələblə çıxış edib. "Mən Artur Sarqsyanın ölümü ilə bağlı həqiqətlərin deyilməsini tələb edirəm. Hazırda həkimlər deyirlər ki, onun ölümünə səbəb ürək çatışmazlığı və kəskin intoksikasiya olub"-deyə qeyd edən Paşinyanın sözlərinə görə, Sarqsyanın vəkilləri bir gün öncə onun azadlığa çıxmasını tələb ediblər. Belə ki, onun vəziyyətinin pisləşməsi ehtimalı var idi: "Vəkillər ehtiyat edirdilər ki, Sarqsyanın halı pisləşərsə, onu xəstəxanaya vaxtında çatdırmaq lazımdır. Ancaq hakimiyyət həyasızcasına bu siqnala reaksiya vermədi".   

Paşintan deyib: "Ötən dövr ərzində biz bir neçə dəfə baş prokurorla danışıqlara nail olmuşduq, o cümlədən, Artur Sarqsyanın saxlanılması şəraiti ilə də tanış olmuşduq. Məhz bundan sonra biz baş prokurora çatdırmışdıq ki, onun saxlanma şəraiti sağlamlığına zərər vuracaq və həyatına təhlükə yaradacaq. O cümlədən, kimlərsə Artur Sarqsyanın aclıq elan edərək, bir neçə gündən sonra ölüm aclığını dayandıracağını düşünürsə, bu belə deyl. Ümumiyyətlə, biz situasiyanın haraya doğru getdiyini görürdük. Ona görə də əlimizdən gələni edirdik ki, ən azından onu müəyyən şərtlər altında azadlığa çıxaraq. Açığı, düşünürdük ki, biz bununla onun həyatını xilas edəcəyik. Ancaq ümidlərimiz özünü doğrultmadı".    

Nikol Paşinyan əlavə edib ki, "Sasna-Tser" hadisələrində "Çörəkdaşıyan" ləqəbi almış Artur Sarqsyanın ölümündə əsas günahkarla o kəslərdir ki, oonun azadlığa çıxmasını əngəllədilər.

""Çörəkdaşıyan"ın ölümü Ermənistan tarixinin ən rüsvayedici səhifəsi kimi yadda qalacaq"-deyə erməni deputat bildirib.

Xatırladaq ki, ötən ilin iyulunda Serj Sarkisyan hakimiyyətinin silahlı qiyam yolu ilə dəyişdirilməsi zamanı İrəvanda "Sasna-Tsrer" hadisələri baş verib. Xüsusilə aprel müharibəsində ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistan rəhbərliyi I Qarabağ müharibəsinin iştirakçıları olmuş ermənilər tərəfindən hədəfə alınıb. Serj Sarkisyan hakimiyyəti sonda onun iqtidarına qarşı başladılmış qiyamı silah yolu ilə yatırmağa müvəffəq olmuşdu.  Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR