Avropa Birliyindən sürpriz Türkiyə AÇIQLAMASI - YOLA GƏLDİ

AB-dən Türkiyəylə bağlı ikinci "mülayim" açıqlama gəlib. İlk açıqlamasında immiqrant razılaşmasına sədaqətlərini ifadə etmişdilər. İndi də "Türkiyəyə üzvlük zəmanəti verilməlidir" deyilib. Hollandiya ilə yaşanan olaydan sonra göstərilən rəftara qarşı Türkiyə bu müqaviləni nəzərdən keçirmək qərarı verib.

AB-nin sabiq Komissarı Günter Verheuqe Türkiyə ilə AB arasındakı "böhranın" çox təhlükəli bir həddə çatdığını vurğulayaraq "Mən tamamilə yeni başlanğıcın tərəfdarıyam. AB şərtləri yerinə yetirərsə, Türkiyəyə Avropa ailəsində bərabər hüquqlara sahib daimi yerini alacağı haqda qeyd-şərtsiz zəmanət verməlidir" deyib.

Verheuqen Türkiyənin də daxili problemlərini demokratik və hüquqi dövlət qaydaları çərçivəsində həll edəcəyi haqda zəmanətin verməsinin önəmli olduğunu qeyd edib. Milli.az gazetevatan-a istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR