Namaz vaxtı məscid bombalandı

Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndindəki məscidə namaz vaxtı endirilmiş hava zərbəsi nəticəsində azı 63nəfərin həlak olduğu bildirilir.

"Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki,  Cina kəndinin mülki müdafiə səlahiyyətlisi Yəhya Cavad "Rusiyaya məxsus olduğunu təxmin etdiyimiz döyüş təyyarəsi Hələbin Etarib mahalı yaxınlarındakı Cina kəndində namaz zamanı məscidi bombalayıb" - deyə bildirib. Bombardman zamanı  onlarla adam yaralanıb.

Y. Cavad bildirib ki, mülki müdafiə qrupları kənd sakinləri ilə birlikdə hücuma məruz qalmış məscidin dağıntıları altında qalanları xilas etməyə çalışır. "Namaz zamanı məsciddə 200-300 adam olub. Döyüş təyyarəsinin namaz vaxtı məscidi bombalaması düzgün deyil " - deyə o bildirib. Ölənlərin sayının artacağı ehtimal edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR