Virtual reallıq qurğularını dəstəkləyən güclü noutbuk təqdim edilib

Məhsuldar kompüterləri ilə tanınan "Eurocom" şirkəti yeni "Sky X9E3" noutbukunu təqdim edib. "Oculus Rift" və "HTC Vive" kimi virtual reallıq (VR) qurğuları üçün hesablama modulu qismində istifadə edilməsi yeni noutbukun əsas özəlliyidir. Bunun üçün istehsalçı noutbuka 8 QB-lıq videoyaddaşa malik güclü "Nvidia GeForce GTX" video kartı quraşdırıb. Noutbuk maksimum konfiqurasiyada 4,2-4,5 QHs-dək takt tezlikli "Intel Core i7-7700K" ("Kaby Lake" arxitekturası) prosessoru ilə təchiz edilib. İstifadəçinin istəyindən asılı olaraq noutbuka "Windows 10", "8.1" və "7" əməliyyat sistemi quraşdırıla bilər.

Aparat 3840x2160 piksel təsvir ölçüsü və 400 nit parlaqlıq göstəricisinə malik 17,3 düymlük ekrana malikdir. Məlumatların saxlanılması sistemi ümumi tutumu 14 TB-dək olan sərtgövdəli daşıyıcılar və sərt disklərdən ibarət ola bilər.

Mobil kompüter, həmçinin 64 QB-lıq əməli yaddaş, "USB 3.1 Type-C", "HDMI 2.0", "LAN" konnektorları, barmaq izi skaneri, "WLAN" və "Bluetooth" simsiz rabitə modulları ilə təchiz edilib. Qalınlığı 47,2 mm təşkil edən qurğunun çəkisi 5,5 kq-dır.
 
"Eurocom Sky X9E3" modelinin qiyməti  2500 dollardır. "ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR