Bu ölkədə çaya insan statusu verdilər

Yeni Zellandiyada Şanqanui adlı çaya hüquqi status verilib. Çaya hökumət tərəfindən müvafiq qaydada hüquqi şəxsin sahib olduğu vəzifə və öhdəliklər verilib. Hökumətin bu addımı həmin ərazidə yaşayan əhalini sevindirib. Onlar çayın suyunun insanlara faydasından danışıblar. Əhali suyun insan bədəni ilə vəhdətdə olduğunu düşünür. Hazırlanan müqavilədə əhalidən 2 nəfər çayın adından çıxış edəcək. Onlar çayın dilindən onun hüquq və rifahını müdafiə edəcək. Tanqariro dağlarından Tasman dənizinə qədər 180 mil məsafəni qət edən çay Yeni Zellandiyanın ən uzun çayıdır. Əhaliyə çayın axınını bərpa edib yaşayış səviyyələrini yaxşılaşdırmaları üçün 80 milyon dollar maddi dəstək də ayrılıb. Publika.az xarici mətbuata istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR