Lavrov: “Ankara ilə əməkdaşlığın bərpası Cənubi Qafqazda sabitliyə xidmət edəcək"

"Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasına digər dövlətlərə zərər verən prosesə kimi baxmağa dəyməz. Rusiyanın gizli gündəmi yoxdur. Biz başqasının maraqlarını pozan, üçüncü ölkəyə qarşı olan siyasi və ya iqtisadi alyans yaratmırıq". Bunu Ermənistanın "Regional Post - Caucasus" jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 
 

Onun sözlərinə görə, Rusiya hər kəslə konstruktiv əməkdaşlığa hazırdır: "Əminik ki, aylarla çəkən böhranlı Rusiya-Türkiyə əlaqələrindən çıxan nəticə regionda qarşılıqlı anlaşmanı və inamı artıracaq. Ümid edirik ki, Ankara ilə ikitərəfli əməkdaşlığın mərhələli bərpası Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin xeyrinə olacaq". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR