Sarkisyanla müdafiə naziri arasında ziddiyyət

Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Vigen Sarkisyan kifayət qədər ziddiyyətli bəyanatlar verib. Bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Vigen Sarkisyan "Valdes klubu"nun iclasında çıxışı zamanı bildirib ki, biz Rusiya və NATO arasında əlaqələndirici vasitə ola bilərik.

Lakin Ermənistan prezidenti Serj Sarkisyan isə İspaniyanın Efe agentliyinə verdiyi müsahibəsində eyni mövzu barədə tam fərqli fikirlər səsləndirib.

"Biz balaca ölkəyik. Və bizim Rusiya ilə Qərb arasında körpü ola biləcəyimiz barədə danışmaq mübaliğə olardı. Beləliklə, biz Qərb və Rusiya münasibətlərində əlavə problemlər yaratmamağın üzərində işləyirik". 

Nəşr daha sonra qeyd edib: "Diqqət yetirin, mühüm məsələ üzrə əsas vəzifəli şəxslərin ziddiyyətli bəyanatları hökumət daxilində mövcud vəziyyətin ən yaxşı sübutudur. Onların arasında ən mühüm məsələ üzrə vahid mövqe yoxdur. Bundan başqa, komponentdə təhlükəsizlik məsələsinə dair vahid mövqe yoxdur. Və bütün bunlar olandan sonra hakim "Respublika" partiyasının parlament seçkilərində "Təhlükəsizlik və Tərəqqi" şüarı təqdim etməsi qəribədir və sual doğurur". Azvision.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR