"Sağlamdır" deyə xəstəxanadan evə göndərilən 16 yaşlı qız öldü

İngiltərənin Mançester şəhərindəki xəstəxana qalmaqalından sonra bu dəfə də Bristol şəhərindəki "Bristol Royal Infirmary" xəstəxanasının həkimləri məsuliyyətsizlikdə günahlandırılır. Ürək bulanma, qusma və baş ağrıları ilə xəstəxanaya aparılan 16 yaşlı Isabel Gentry miningitdən dünyasını dəyişib. O, xəstəxanadan evə buraxıldıqdan 24 saat sonra dünyasını dəyişib. Deyilənlərə görə, ağır xəstəlikdən əziyyət çəkən qıza xəstəxanada sağlam olması barədə diaqnoz qoyulub.

Məsələ ilə bağlı araşdırma aparılır. Milli.az "Mirror"a istinadla xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR