Hollandiyalı partiya lideri baş nazir Rutteni hədəfə aldı TƏHDİD

Gert Vilders: "Rutte məndən canını qurtarmayıb"

Hollandiyanın "Azadlıq" partiyasının (PVV) lideri Gert Vilders parlament seçkilərində uduzduğunu etiraf edib. Villdersin sözlərinə görə, o belə hesab edirdi ki, partiyası parlamentdə ən aparıcı siyasi təşkilatlardan biri olacaq Partiya lideri buna baxmayaraq, qanunverici orqanda yerlərini artırmağa nail olduğunu da deyib.

Eyni zamanda Vildesr koalisiya yaratmaq haqqında danışıqlara başlayacağını da bildirib. Baxmayaraq ki, o seçkilər ərəfəsində "Azadlıq" partiyasının sərt müxaliflik mövqeyində dayanacağını söz vermişdi.

""Azadlıq" partiyasına səs verdiyinizə görə təşəkkürlər. Biz, yerlər tutduq və ilk qələbə əldə etdik. Rutte hələlik məndən canını qurtarmayıb"-deyə Vilders tvitterdəki səhifəsində yazıb.

Qeyd edək ki, Gert Vilders Hollandiyanın baş naziri Rutteni ölkəsinin Türkiyə ilə münasibətlər baxımından böhrana sürüklədiyini də vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR