Maykl Ceksonun bacısının nikahdankənar qızı peyda oldu

Mərhum Maykl Ceksonun 50 yaşlı bacısı Canet Ceksounun nikahdankənar qızı var imiş. Bu haqda 31 yaşlı Tiffani Uayt adlı qadın "Radar Onlayn"a bildirib. O, Canetlə Ceym Debarqın sevgisinin nəticəsi olduğunu söyləyib.

"31 ildir ki, yetim böyümüşəm. Anamın Cekson olduğunu 7 il əvvəl öyrənmişəm. Daha sonra atamın kimliyini bildim. Sübut üçün DNT analizi verdim. Artıq susmaq fikrim yoxdur. Hər kəs həqiqəti bilməlidir. Mən onlardan pul istəmirəm, sadəcə, ana və atamı istəyirəm", - deyə Tiffani qeyd edib.

Uaytın həqiqətən cütlüyün övladı olduğunu Debarqın anası da təsdiqləyib. Onun sözlərinə görə, 1985-ci ildə Cenetlə Ceyms ayrılanda müğənni hamilə olub. Sənətçi özü bu barədə hələ ki, heç bir məlumat verməyib. Qeyd edək ki, C.Cekson 2012-ci ildə qətərli milyardçı Vissam əl-Mana ilə ailə həyatı qurub. Cütlüyün bir oğlu var. Axşam.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR