Rəqqasənin 3 illik sevgilisi evli çıxdı

Rəqqasə Asena ötən həftə "3 ildir bir boksçu ilə sevgiliyəm, aslan parçasıdır" demişdi.
Asenanın sevgilisinin kim olduğu üzə çıxıb. Bu, uzun müddətdir Almaniyada iş adamı olan Hasan Dere imiş. Onun evli olduğu xəbəri isə hər kəsi təəccübləndirib. H.Derenin keçmiş sevgilisi Dəniz Gençay canlı efirdəki açıqlamasında "Asena 5 ildir sevgili olduğum Hasanı əlimdən aldı" deyib. Hasan və Asenanı tanış edən müğənni Semiha Yankın söylənənlərin doğru olduğunu bildirib. O, Dənizin onu ittiham etməsinə cavab verib: "Hasan Dənizdən ayrıldıqdan 4 ay sonra Asena ilə tanış oldu. Eyni zamanda Hasan uşağının anası ilə çoxdandır ki, ayrı yaşayır. Yaxın zamanda boşanıb Asena ilə evlənəcək". Bundan sonra studiyada gərgin anlar yaşanıb. Dəfələrlə aldadılığını söyləyən D.Gençay gözyaşlarına boğulub. Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR