"Matrisa" yenidən çəkilir

"Warner Bros." kinostudiyası Kianu Rivzin baş rolda şəkildiyi məşhur "Matrisa" filminin davamını çəkəcək. Filmin əvvəlki ssenari müəllifi və rejissoru olan Vaçovski qardaşlarının (cinsiyyətlərini dəyişdikdən sonra Vaçovski bacıları adlanırlar - red.) remeykin istehsalında iştirak edib-etməyəcəyi bəlli deyil.

Hazırda "Sense8" serialının ikinci mövsümü üzərində çalışan Vaçovskilər filmin prodüseri Coel Silver ilə gərgin münasibətdədirlər. Kinostudiyaya filmin davamının çəkilməsi ideyasını da məhz o verib.

Qeyd edək ki, filmin ssenarisinin Zak Penn tərəfindən yazılacağı deyilir. Aktyor kimi isə Maykl Bakari Cordanla danışıqlar aparılır. Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR