Putin: “Serj Azatoviç, bilirəm, bu mürəkkəb prosesdir...”

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistan rəhbəri Serj Sərkisyanı qəbul edib.  Görüşün mətbuata açıq hissəsində Putin qısa protocol nitqi ilə çıxış edib. Ermənistanla Rusiya arasında diplomatic münasibətlərin 25 illiyinin aprelin 3-də tamam olacağını deyib və bildirib ki, iki ölkə arasında münasibətlər sözün bütün mənalarında müttəfiqlik xarakteri daşıyır.

"Serj Azatoviç, bilirik ki, bizim görüşümüz Ermənistandakı iri daxili siyasət hadisəsi ərəfəsində keçirilir. Aprelin 2-də parlamentə seçkilər nəzərdə tutulur və bütün bunlar üstəlik konstitusiya islahatı ilə bağlıdır. Proses belə görünür ki, sadə deyil, lakin əminəm ki, Ermənistan Sizin rəhbərliyiniz altında bu inkişaf mərhələsini də keçəcək"-Putin deyib. Virtualaz.org

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR