Etik və diplomatik qaydalara sığmayan davranış

Son günlər Türkiyənin Avropa, xüsusilə Almaniya və Holandiya ilə yaşanan problemləri, Ankaraya qarşı qərəzli və beynəlxalq konvensiyalara zidd davranışlar təkcə qardaş ölkədə deyil, eləcə də Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Siyasi mövqeyi, cəmiyyətdəki yeri və rolundan asılı olmayaraq hər kəs birmənalı şəkildə Avropada Türkiyəyə qarşı artan təpkiləri, təzyiqləri qətiyyətlə pisləyir. Ölkənin vətəndaş cəmiyyəti nümayəndələri Türkiyəyə Avropadan artan hücumları pisləyərək qoca qitəni qardaş ölkəyə qarşı ədalətsizlik, qərəzli yanaşmada suçlayıblar.

Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi də (TUMİB) Türkiyə Respublikası - Niderland Krallığı arasında yaranan gərginliyə etiraz olaraq bəyanat yayıb. İctimai Birliyin sədri Çingiz Bayramov deyib ki, özünü demokratiyanın beşiyi sayan Avropa qitəsində türk və müsəlman kökənli insanlara qarşı aqressiyanın artdığını təəssüflə müşahidə edilir. Onun sözlərinə görə, bir neçə gün əvvəl Niderland Krallığında (Hollandiya) Türkiyə rəsmilərilə etik və diplomatik qaydalara sığmayan davranış "Köhnə qitə"də qeyri-insani meyllərin getdikcə gücləndiyini göstərir: "Türkiyə Universitetləri Məzunları İctimai Birliyi baş verənləri hiddətlə qınayır, Hollandiya rəsmilərinin hərəkətlərini demokratiya adına "qara ləkə" hesab edirlər. Tam əminliklə deyə bilərik ki, iki ölkə arasında diplomotik gərginliyin yaranması birbaşa Hollandiya rəsmilərinin məsuliyyətsiz hərəkətləri üzündən baş verib. Özlərinin sərbəst toplaşma azadlığından istifadə edən türk əsilli insanlara və türk vətəndaşlarına qarşı fiziki gücdən istifadə olunması Hollandiyada fərqli fikrə dözümsüz yanaşıldığının əyani sübutudur". Çingiz Bayramov bildirib ki, Türkiyədə gələn ay keçiriləcək referendumla bağlı son qərarı türk xalqı verəcək: "Hollandiya hakimiyyətinin vəzifəsi təbliğ etdiyi dəyərlərə sadiq qalaraq, tərəflərə bərabər imkanlar yaratmaqdır. Bu hüquqdan istifadə edən insanlara qarşı Hollandiyada aqressiya nümayiş etdirilməsi, Türkiyə Xarici İşlər nazirinin ölkəyə girişinə qadağa qoyulması, Türkiyənin Ailə və Sosial Siyasətlər nazirinin Rotterdamda nəzarət altına alınaraq türk konsulluğuna daxil olmasına imkan verilməməsi Hollandiyanın demokratik dəyərlərə arxa çevirdiyini sübut edir. Baş verənlərin bir presedentə çevrilərək, digər Avropa ölkələrində təkrarlanması ehtimalı bizi narahat edir. Qərb dövlətlərini insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, dini və etnik zəmində qarşıdurma meyllərini gücləndirməməyə çağırırıq".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun referendum təbliğatı aparmasına icazə verilməməsi, türklərin təşkil etdikləri dinc mitinqlərə qarşı polisin zorakı üsulları qəbul edilməzdir: "Niderland hakimiyyəti Türkiyənin son illlər apardığı xarici siyasətinə qarşı bu addımları atmaqdadır. Türkiyə Rusiya ilə yaxınlaşmaqda və Avropa ilə münasibətlərdə müəyyən problemlərə yol açmaqdadır. Buna görədə əksər Qərbi Avropa ölkələri kimi Niderlandda Türkiyəyə qarşı sərt xətt siyyasəti aparır. Qərblə Türkiyə arasında dərinləşməkdə olan siyasi böhranın nəticəsində Niderland müttəfiqlərinin məsləhəti ilə bu addımı atır. Hesab edir\m ki, Hollandiyanın beynəlxalq normaların ziddinə gedərək, diplomatik pasportlarla Türkiyə nazirlərinə qarşı hərəkəti diplomatik skandaldı". Politoloq deyib ki, Niderland Türkiyə hakimiyyətinin referendum təbliğatını ölkə ərazisində türk nazirlərinə icazə verməməsini Türkiyə hakimiyyətinə şifahi şəkildə bildirə bilərdi: "Bunu siyasi böhran şəklində etməsi, beynəlxalq hüquq normalarına qarşı bir sayğısızlıqdır. Düşünürəm ki, Türkiyə ilə Hollandiya arasında bu siyasi kriz bir müddət davam etdikdən sonra, referendumdan sonra nirmallaşma sürəcinə geçəcək. Bir daha qeyd edirəm ki, Hollandiyanın Türkiyə qarşı aqressiv siyasəti, Avropa İttifaqının siyasətidir". Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyədə keçirilən referendum ölkənin parlament üsul idarəsindən prezidentlik üsul idarəsinə keçəcək. Türkiyənin bu siyasəti isə, Avropada narahatlıq yaradır: "Çünki, ölkədə tək hakimiyyətlik Avropanın siyasi təzyiqləri qarşısında geri çəkilməyəcəyi anonsu deməkdir. Avropa ilə Türkiyənin hazırkı siyasəti, Qərbin Ərdoğana qarşı aqressiyasından irəli gəlir. Ərdoğanın Rusiya ilə strateji yaxınlaşması, Yaxın Şərqdə birgə fəaliyyət Qərbin narahatçılığını artırmaqdadır. Maliyyə yardımlarının dayandırılması məhz bu siyasətlə bağlıdır. Amma hazırkı gərginlik, cənab Ərdoğanın daxildə və Avropada türklər arasında reytinqinin yüksəlməsinə və referendumun hakim partiyanın tam istəyinə uyğun keçirilməsinə səbəb ola bilər. İndiki mərhələdə Qərb çalışır ki, Ərdoğana təzyiq etsin. Ancaq Rəcəb Tayyib Ərdoğan bu təzyiqlər qarşısında nəinki geri addım atır, hətta irəli gedərək, güclənməkdədir. Cərəyan edən proseslərə nəzər yetirsək görərik ki, baş verən bu proseslər Rəcəb Tayyib Ərdoğanın daxili siyasətdə daha da uğur qazanması ilə nəticələnə biləcək".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR