Hərbçilər Ukrayna parlamentinin tribunasını ələ keçirdilər - VİDEO

Ukrayna Ali Radasında növbəti qalmaqal baş verib. Ali Radanın üç fraksiyası - "Pyotr Poroşenkonun Bloku", "Xalq cəbhəsi" və "Qarşılıqlı yardım" plenar iclasda hüquq-mühafizə orqanlarının əməkdaşlarına çıxış etməyə imkan verməyə çağırdılar.

Agentliyin yazdığına görə, dünən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə deputat Vladimir Parasük arasında Donetsk vilayətinin Slavyansk rayonunda blokpostda qarşıdurma baş verib.

Lakin Ali Radanın vitse-spikeri, "Qarşılıqlı yardım" fraksiyasının nümayəndəsi Oksana Sıroid buna icazə verməyib. Bundan sonra parlamentin iclas zalına kamuflyaj formasında dörd nəfər daxil olaraq tribunaya qalxıblar. İclasa sədrlik edən vitse-spiker iclası bağlı elan edib.

"Mən xanımdan Milli qvardiya və Milli polisin nümayəndələrinə çıxış etmək hüququnu verməyi xahiş edirəm. Bu üç fraksiyanın tələbidir", - "Xalq cəbhəsi" fraksiyasından xalq deputatı Yuri Bereza parlamentin tribunasından deyib.

Onun sözlərinə dəstək olaraq tribuna "Pyotr Poroşenkonun Bloku" və "Xalq Cəbhəsi" fraksiyalarından olan xalq deputatları tərəfindən mühasirəyə alınıb.

Hazırda sessiya zalında xalq deputatları və hüquq-mühafizə orqanlarının nümayəndələri qalırlar. Onlar çıxış etmək istəyirlər. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR