Ermənistan müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

Ermənistanın baş naziri Karen Karapetyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək üçün MDB-yə üzv dövlətlərə məktub göndərib. Bunu MDB İcraiyyə Komitəsi rəhbərinin müavini Viktor Quminski İrəvanda jurnalistlərə deyib. O, Azərbaycanın müşahidəçi göndərə bilməsi ilə bağlı suala cavabda bildirib ki, məktub bütün ölkələrə göndərilib: "Lakin Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus müsbət cavab verib və həmin ölkələrdən 76 müşahidəçi seçkini izləyəcək". SİA "Aysor.am"a istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR