Türkiyə-Hollandiya münasibətlərinin gələcəyi nə vəd edir?

Tahir Mirkişili: "Türkiyənin turizm sektoru hər il holland turistlərdən 1 mlrd dollar gəlir əldə edir"

Hollandiya Türkiyənin ən çox ixrac etdiyi 10-cu, ən çox idxal etdiyi ölkələr arasında isə 16-cı yerdədir. Bu sözləri  millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, iki ölkə arasında illik ticarət dövriyyəsi 6.6 milyard dollardır: "Son 10 ildə Hollandiya Turkiyəyə ən çox investisiya qoyan ölkədir. Türkiyənin turizm sektoru hər il holland turistlərdən 1 mlrd dollar gəlir əldə edir. Türkiyə ixracının 2.5%-i, idxalının isə 1.5%-i Hollandiyanın payına düşür. Türkiyə bazarı da Hollandiya şirkətləri üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda seçki öncəsi həm Türkiyədə, həm də Hollandiyada iki ölkə arasındakı münasibətlərdə diplomatik gərginlik müşahidə olunur. İstənilən halda bu gərginlik iqtisadi münasibətlərə də təsirsiz ötüşməyəcək".

Tahir Mirkişili qeyd edib ki, hər iki ölkə diplomatik gərginliyin iqtisadi münasibətlərə təsirini minimuma endirməyə çalışacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR