Tibbdə yeni KƏŞF: İnsan öləndən sonra beyni...

"Ölümdən sonra həyat varmı?" sualını yenidən gündəmə gətirən hadisə Kanadada baş verib. Belə ki, Kanada xəstəxanalarının birində xəstə öləndən sonra beyin fəaliyyətinin 10 dəqiqə ərzində davam etdiyi aşkarlanıb.

Xəstə öləndən sonra delta dalğaları hələ də qeydə alınırdı. Delta dalğalar normal halda insan dərin yuxuda olarkən ortaya çıxır. Bu isə o deməkdir ki, beyin hələ də işləyir.

Kliniki ölüm keçirən beş adamdan biri o anlar nələr keçirdiyini danışıb. Bununla da həkimlər insanların beyinlərinin klinik olaraq öldükdən sonra da işə davam edə biləcəyinə dair elmi sübut tapıblar.

Həkimlər xəstələrdən birinin ürəyi dayansa da, 10 dəqiqə ərzində beyin fəaliyyətinin davam etdiyini ortaya çıxarıblar. Kanadalı həkimlər bu hadisəni fövqəladə hal kimi xarakterizə ediblər.

Bununla yanaşı, alimlər ölümdən sonrakı həyatı araşdırmaq üçün bunun nə anlama gəldiyi barədə danışmağın tez olduğunu deyirlər.

2013-cü ildə ürəyi dayanan siçanlar üzərindəki təcrübə zamanı buna oxşar hadisə də baş verib. Araşdırmada siçanların beyin fəaliyyətinin öldükdən bir dəqiqə sonra davam etdiyi aşkarlanıb.

Ümumiyyətlə, ölüm hər zaman insanları qorxudur. Sevdiklərinizi qoyub getmək, etmək istədiklərinizi tamamlaya bilməmək və ya məlum olmayan yerə əbədi səfər etmək bir az ürküdücü gələ bilər. Bəs ölüm haqqında nə bilirsiniz?

Ölümə 3 həftə qalmış

Bir insan ölümünün yaxınlaşdığını fərq etməyə və onu qəbul etməyə başladığı zaman ətrafdan uzaqlaşır, bu halda isə dünyadan və dünyada olanlardan ayrılma prosesi başlayır. Dostları, qonşuları, qohumları və hətta ailə üzvlərinə belə biganə olur. Öz həyatları haqqında düşünüb-daşınarlar və xatirələri yada salırlar. Necə bir həyat yaşadıqlarını dəyərləndirir və peşmanlıqlarını düşünürlər. Ölmək üzrə olan insanların iştahı azalır, arıqlamağa başlayırlar. Bir zamanlar çox xoşladıqları şeylər ona artıq cazibədar gəlir, yeganə istəkləri yatmaq olur. Və bu başladıqları əbədi səfərin gözlənilən bir hissəsidir.

1-2 həftə qalmış

Bu səfər əsnasında insanlar adətən yatırlar. Kişilərdə orientasiya pozuqluğu baş verə və hissləri dəyişə bilər. Gizli düşmən qorxusu yaşaya, hətta sayıqlamalar yaşaya bilərlər. Bəzən gözəgörünməyən insanlarla danışa bilərlər. Danışılan adamisə adətən ölmüş insanlar olur. Həmin insanın getdikcə bu dünyadan uzaqlaşdığı müşahidə edilir. bir müddət sonra bədəndə bəzi ciddi dəyişikliklər baş verir:

* Bədən istiliyi aşağı olur

* Qan təzyiqi düşür

* Nəbz nizamsız olur, gah yavaşlayır, gah sürətlənir

* Tərləmə artır

* Dərinin rəngi dəyişir. Bu daha çox dodaqlar və dırnaq altında daha çox müşahidə edilir

Tənəffüsdə də dəyişikliklər yaranır. Tənəffüs daha sürətli və yorucu hal alır. Tıxanma meydana gələ bilər və bu da öskürəyə yol açır. Danışıq azalır və sonda tamamilə durur.

Ölümə bir neçə gün, ya da bir neçə saat qalmış

İnsan artıq ölümə doğru yaxınlaşır. Ölüm yaxınlaşdıqca enerji dalğası ortaya çıxa bilər. Yataqdan qalxıb ətrafındakılarla danışmaq, iştahsız keçən günlərdən sonra nəsə yemək istəyə bilərlər. Bu enerji dalğalanması insandan insane dəyişsə də, ölən insanın son fiziki ifadələri bunlardır: nəfəs daha nizamsız və ümumiyyətlə daha yavaş olur. sonra daha sürətlə nəfəs almağa başlayırlar və qəfil nəfəs kəsilir. Əllər və ayaqlarda bənövşəyi ləkələr ola bilər. Bunlar sonra yavaş-yavaş qollar və ayaqlara yayıla bilər. Dodaqlar və dırnaq altı göy rəngə çalır və ya bənövşəyi ola bilər. İnsan heç nəyə cavab verməməyə başlayır və gözləri açıq və ya yarı açıq olmasına baxmayaraq ətrafı görə bilmir. İnanclara görə, bu anlarda ölmək üzrə olan insanların yanında sevdiyi insanlar oturmalı və onunla danışması tövsiyə edilir.

Ölümdən sonra saç və dırnaq uzanırmı?

Ölümdən sonra hər kəsi maraqlandıran mövzulardan biri də dırnaqlar və saçlardır. Öldükdən sonra saçlar və dırnaqlar uzanmır. Uzanırmış kimi görünə bilər, lakin bu, əslində su itirən dərinin geri çəkilməsi və büzüşməsi səbəbindən baş verir.  Aile.lent.az-ın xarici KİV-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR